6 may 2026. Çərşənbə

“Arsenal” “Atletiko”nu məğlub edərək Çempionlar Liqasının finalına yüksəldi


“Arsenal” “Atletiko”nu məğlub edərək Çempionlar Liqasının finalına yüksəldi

2025/2026 mövsümü UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu başa çatıb. 

90deqiqe.Az xəbər verir ki, “Emirates” stadionunda keçirilən qarşılaşmada “Arsenal” Madridin “Atletiko” klubunu qəbul edib.

Görüşün baş hakimi Daniel Zibert olub. Matç “topçular”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da iki oyunun ümumi nəticəsinə görə “Arsenal” 2:1 hesabı ilə üstünlük qazanaraq finala vəsiqə əldə edib.

Oyundakı yeganə qolu 45-ci dəqiqədə “Arsenal”ın hücumçusu Bukayo Saka vurub.

Qeyd edək ki, komandalar arasında Madriddə keçirilən ilk görüş 1:1 hesabı ilə başa çatmışdı.

Turnirin 1/4 final mərhələsində “Atletiko” iki oyunun nəticəsinə görə “Barselona”nı 3:2 hesabı ilə mübarizədən kənarlaşdırmışdı. Eyni mərhələdə “Arsenal” isə “Sportinq”i iki oyunun nəticəsinə görə 1:0 hesabı ilə üstələmişdi.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"