7 may 2026. Cümə axşamı

Son dəqiqə qolu “Bavariya”nı xilas etmədi - PSJ finalda


Son dəqiqə qolu “Bavariya”nı xilas etmədi  - PSJ finalda

2025/2026 mövsümü UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, görüşdə Almaniyanın “Bavariya” klubu Fransanın PSJ komandası ilə üz-üzə gəlib.

Matç Münhendəki “Arena Münhen” stadionunda baş tutub. Qarşılaşmanı baş hakim Joao Pedro Pinheiro idarə edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, matçda ilk qolu üçüncü dəqiqədə Paris təmsilçisinin hücumçusu Ousmane Dembele vurub. Oyunun sonlarında, 90+4-cü dəqiqədə “Bavariya”nın hücumçusu Harry Kane hesabı bərabərləşdirib.

“PSJ”nin qapıçısı Matvey Safonov görüşdə 5 seyv edib.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyun 5:4 hesabı ilə “PSJ”nin xeyrinə başa çatmışdı. Nəticədə Paris təmsilçisi ümumi hesabda üstünlük qazanaraq finala yüksəlib və London “Arsenal”ı ilə qarşılaşacaq.

Turnirin 1/4 final mərhələsində “PSJ” iki oyunun nəticəsinə görə “Liverpul”u 4:0 hesabı ilə mübarizədən kənarlaşdırıb. Eyni mərhələdə “Bavariya” isə “Real Madrid”i ümumi hesabda 6:4 ilə məğlub edib.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"