- Çempionlar liqası
- 13:51 07.05.2026
Fransanın PSJ klubunun kapitanı Markinyos UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
90deqiqe.Az xəbər verir ki, braziliyalı müdafiəçi Almaniyada "Bavariya"ya qarşı keçirilən yarımfinal mərhələsinin cavab görüşündə meydana çıxmaqla qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən braziliyalı futbolçu olub.
Belə ki, Münhen təmsilçisi ilə qarşılaşma Markinyos üçün UEFA Çempionlar Liqasındakı 121-ci matç kimi tarixə düşüb. Bununla da o, əfsanəvi həmyerlisi Roberto Karlosun 120 oyunluq rekordunu geridə qoyub.
Qeyd edək ki, ilk oyunda "Bavariya" üzərində 5:4 hesablı qələbə qazanan PSJ ümumi nəticəyə əsasən finala yüksəlib. Paris təmsilçisi həlledici qarşılaşmada İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasının final görüşü mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.