11 iyun 2026. Cümə axşamı

İspaniyadan beş klub 2026/2027 mövsümündə ÇL-ın ümumi mərhələsində iştirak edəcək


İspaniyadan beş klub 2026/2027 mövsümündə ÇL-ın ümumi mərhələsində iştirak edəcək

İspaniya UEFA Çempionlar Liqasının ümumi mərhələsinə beşinci vəsiqəni qazanıb.

90deqiqe.Az xəbər verir ki, əlavə yer İspaniyaya UEFA Konfrans Liqasının yarımfinalının cavab görüşündə “Rayo Valyekano”nun “Strasburq” üzərində 1:0 hesablı qələbəsi sayəsində verilib.

Qeyd edək ki, Çempionlar Liqasının formatı 36 komandalı mərhələyə genişləndirildikdən sonra ümumi mərhələyə iki əlavə vəsiqə UEFA reytinq cədvəlində əvvəlki mövsümdə ən çox xal toplayan ölkələrə verilir. Daha əvvəl bu əlavə vəsiqəni İngiltərə qazanmışdı.

İspaniya La Liqasında çempionatın başa çatmasına 4 tur qalmış ilk dördlükdə “Barselona” (88 xal), “Real” (77 xal), “Vilyarreal” (68 xal) və “Atletiko” (63 xal) yer alır.

Beşinci pillədə 53 xalla “Betis”, altıncı sırada isə 47 xalla “Selta” qərarlaşıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu
“Qələbə istəyi bizi gücləndirir”
  • Çempionlar liqası
  • 23:46 29.05.2026
“Qələbə istəyi bizi gücləndirir”
“Bu kuboku qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:38 29.05.2026
“Bu kuboku qazanmaq istəyirik”