24 iyun 2026. Çərşənbə

Çempionlar Liqasında iştirak edəcək 16 komanda bəlli oldu


Çempionlar Liqasında iştirak edəcək 16 komanda bəlli oldu

Bu gün keçirilən futbol oyunları çərçivəsində daha iki komanda növbəti mövsüm UEFA Çempionlar Liqasının iştirakçısı olub.

90deqiqe.Az xəbər verir ki, bu komandalar Almaniya Bundesliqasında üçüncü yeri təmin edən “Leyptsiq” və Türkiyə çempionu “Qalatasaray”dır.

Beləliklə, 2026/2027 mövsümünün Çempionlar Liqasının ümumi mərhələsində iştirak edəcək komandaların siyahısı artıq 16 kluba çatıb.

Turnirə vəsiqə qazanan klublar bunlardır: “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “İnter”, “Barselona”, “Real Madrid”, “Vilyarreal”, “Atletiko Madrid”, “Bavariya”, “Borussiya Dortmund”, “Leyptsiq”, PSJ, “Lans”, PSV, “Portu” və “Qalatasaray”.

Qeyd edək ki, ümumi mərhələdə 36 komanda mübarizə aparacaq. Daha 7 vəsiqə təsnifat mərhələsində müəyyənləşəcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu