12 may 2026. Çərşənbə axşamı

“Arsenal" üçün böyük üstünlük var, amma..."


“Arsenal" üçün böyük üstünlük var, amma..."

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill Çempionlar Liqasının yaxınlaşan finalı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Football London" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Arsenal" hazırda inanılmaz impuls qazanıb. Onlar "Atletiko"nu məğlub etdilər, "Mançester Siti"nin xal itirdiyini gördülər, daha sonra isə ağır oyunda "Vest Hem"i məğlub etdilər. Belə qələbələr komandanın özünəinamını, dayanıqlığını və ‘dayandırıla bilməzsən’ hissini artırır”

Buna baxmayaraq, Nevill final üçün üstünlüyü Paris klubuna verir:

“PSJ "Arsenal"dan daha yaxşıdır, bunu danmaq mümkün deyil. Onlar bunu artıq iki mövsümdür göstərirlər. Məncə, indi daha çox PSJ-nin turniri ardıcıl ikinci dəfə qazanmaq vaxtıdır və Luis Enrike ən böyük məşqçilər sırasına daxil ola bilər”.

Qeyd edək ki, turnirin həlledici görüşü 30 mayda Budapeştdə Fransa təmsilçisi PSJ və İngiltərənin “Arsenal” klubları arasında keçiriləcək.London klubu həm də Premyer Liqada çempionluq uğrunda mübarizə aparır və “Mançester Siti”ni 5 xal qabaqlayır.

Premyer Liqada “Arsenal” mövsümün sonuna qədər “Börnli” və “Kristal Pelas”la qarşılaşacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"