- Çempionlar liqası
- 23:17 11.05.2026
UEFA beynəlxalq klub turnirlərinin final qarşılaşmalarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.
90deqiqe.Az UEFA-nın saytına istinadla xəbər verir ki, müxtəlif turnirlərin həlledici oyunlarına təyinat alan hakimlərin tam tərkibi ictimaiyyətə təqdim olunub.
Çempionlar Liqası
Final oyununu Daniel Zibert (Almaniya) idarə edəcək. Ona Yan Zaydel və Rafael Foltin (hər ikisi Almaniya) kömək edəcək. Dördüncü hakim funksiyasını Sandro Şerer (İsveçrə) yerinə yetirəcək, ehtiyat hakim isə Qvadalupe Porras Ayuso (İspaniya) olacaq.
Video köməkçi hakim sistemi Bastyan Dankert (Almaniya) tərəfindən idarə olunacaq. Ona Robert Şreder (Almaniya) və Karlos del Serro Qrande (İspaniya) assistentlik edəcək.
Qadınlar Çempionlar Liqası
Finalın baş hakimi Tess Olofsson (İsveç) olacaq. Köməkçilər Almira Spahiç (İsveç) və Monika Lökkeberq (Norveç), dördüncü hakim isə Juliana Demetresku (Rumıniya) təyin olunub. Ehtiyat hakim Tilde Hedberq (İsveç) olacaq.
Video köməkçi hakim sistemi Bram Van Drisse (Belçika) tərəfindən idarə olunacaq. Assistenti Fedayi San (İsveçrə) və Mihael Fabbri (İtaliya) olacaq.
Avropa Liqası
Finalı Fransua Leteksye (Fransa) idarə edəcək. Köməkçilər Siril Münyye və Mehdi Rahmuni (hər ikisi Fransa), dördüncü hakim isə Alejandro Xose Ernandes Ernandes (İspaniya) olacaq.
Ehtiyat hakim Xose Enrike Naranxo Peres (İspaniya), video köməkçi hakim sistemi isə Jerom Brisar (Fransa) tərəfindən idarə olunacaq. Assistenti Villi Delajyo (Fransa) və Dennis Hiqler (Niderland) olacaq.
Konfrans Liqası
Finalın baş hakimi Mauritsio Mariani (İtaliya) olacaq. Köməkçilər Daniel Bindoni və Alberto Teqoni (hər ikisi İtaliya), dördüncü hakim isə Qlen Nyuberg (İsveç) təyin olunub.
Ehtiyat hakim Mahbod Beygi (İsveç), video köməkçi hakim sistemi isə Marko Di Bello (İtaliya) tərəfindən idarə olunacaq. Assistenti Daniel Çiffi (İtaliya) və İvan Bebek (Xorvatiya) olacaq.