- Çempionlar liqası
- 23:06 20.05.2026
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının finalı öncəsi “Arsenal” və Mikel Arteta barədə yüksək fikirlər səsləndirib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis London klubunun İngiltərə çempionatındakı çıxışını xüsusi olaraq qeyd edib.
“Onlar çempionluğu tam haqq ediblər. “Arsenal”ın mövsümü möhtəşəm keçdi”, – deyə Enrike bildirib.
İspaniyalı çalışdırıcı daha sonra komandasının rəqibi barədə fikirlərini belə davam etdirib:
“Biz artıq bu “Arsenal”la qarşılaşmışıq və onların nəyə qadir olduğunu bilirik. Top olmadan onlar dünyanın ən yaxşı komandalarından biridir, topla isə çox sayda qol vura bilirlər. Bu, möhtəşəm bir kombinasiyadır”.
Enrike həmçinin final barədə də danışıb:
“Finala çıxmağımız təsadüfi deyil. Qarşıda böyük bir oyun bizi gözləyir. Statistikalara baxanda görmək olur ki, Mikel Arteta həqiqi liderdir və komandaya qalibiyyət mentaliteti qazandırıb”.
Qeyd edək ki, Çempionlar Liqasının finalı 30 mayda Budapeştdə keçiriləcək.