21 may 2026. Cümə axşamı

“Finalda oynayacağam”


“Finalda oynayacağam”

PSJ-nin hücumçusu Usman Dembele Çempionlar Liqasının 2025/2026 mövsümünün finalında “Arsenal”a qarşı keçiriləcək oyunda iştirak edəcəyini bildirib.

90deqiqe.Az xəbər verir ki, "RMC Sport" futbolçunun dediklərini belə çatdırıb.

 “Hər şey qaydasındadır. Oyunda bir az qorxdum, amma vəziyyətim yaxşıdır və finalda oynayacağam. 100 faiz hazır olmaq? Bəli, düşünürəm ki, belə olacaq. 30 mayda meydana çıxmağı ümid edirəm.

Karyeramda həm xırda, həm də ciddi zədələr çox olub, xüsusilə də vacib oyunlar öncəsi. Buna görə risk etməmək üçün dayanmağı üstün tutdum”

Fransalı futbolçu daha əvvəl Fransa çempionatının 34-cü turunda “Pari”yə qarşı oyunda (1:2) 27-ci dəqiqədə əvəzlənmişdi.

Qeyd edək ki,qarşılaşma 30 mayda baş tutacaq. bu mövsüm Dembele bütün turnirlərdə 39 oyuna çıxaraq 19 qol vurub və 11 məhsuldar ötürmə verib.







Çempionlar liqası

“Finalda oynayacağam”
  • Çempionlar liqası
  • 23:06 20.05.2026
“Finalda oynayacağam”