14 iyul 2026. Çərşənbə axşamı

“Tarix yazmaq istəyirik”


“Tarix yazmaq istəyirik”

“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqor Çempionlar Liqasının finalı öncəsi mətbuat konfransında çıxış edib.

90deqiqe.Az xəbər verir ki, norveçli futbolçu bildirib ki, komanda böyük hədəflər uğrunda mübarizə aparır:

“Əldə edə biləcəyimiz şey çox xüsusidir. 22 ildir çempion olmamışıq, indi isə tarixi davam etdirmək istəyirik. Kuboku qaldırmağın dadını biləndə, bunu yenidən etmək istəyirsən. Bu, hər kəs üçün çox önəmlidir və oyunu səbirsizliklə gözləyirik.”

Futbolçu həmçinin İngiltərə çempionluğundan sonra psixoloji durum barədə danışıb:

“Özümü fərqli hiss etmirəm, amma uzun müddət mübarizə apardıq və indi təzyiq azalıb. Bu, möhtəşəm hiss və böyük nailiyyətdir. Bu təcrübəni və pozitiv enerjini sabahkı oyuna daşımalıyıq.”

Qeyd edək ki, 30 mayda keçiriləcək final matçında “Arsenal” PSJ ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.Budapeştdə keçiriləcək finalı almaniyalı hakim Daniel Zibertin rəhbərlik etdiyi briqada idarə edəcək. Onun bu turnirdə idarə etdiyi iki oyunda “Arsenal” eyni 1:0 hesabı ilə qalib gəlib — “Sportinq” və “Atletiko”ya qarşı.







Çempionlar liqası

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
"TNS ilə oyuna tam hazırıq"
  • Çempionlar liqası
  • 20:28 06.07.2026
"TNS ilə oyuna tam hazırıq"
"Əlimizdən gələni edəcəyik"
  • Çempionlar liqası
  • 20:06 06.07.2026
"Əlimizdən gələni edəcəyik"
"Sabah" – TNS matçına 3000 bilet satıldı
  • Çempionlar liqası
  • 13:15 03.07.2026
"Sabah" – TNS matçına 3000 bilet satıldı