30 may 2026. Şənbə

“Bu kuboku qazanmaq istəyirik”


“Bu kuboku qazanmaq istəyirik”

“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqor PSJ ilə Çempionlar Liqasının finalı öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bildirib ki, bu turnirin qalibi olmaq uşaqlıq arzusu olub:

“Futbol oynamağa başladığım vaxtdan bəri bu kuboku qazanmağı xəyal etmişəm. Evimin yaxınlığındakı kiçik meydançada bu anları təsəvvür edirdim — finalda oynamaq və onu qazanmaq. Bu arzu bütün həyatım boyu mənimlə olub.”

O, rəqib PSJ barədə də danışıb:

“Biz çox güclü komandaya qarşı oynayırıq, onların bir çox üstünlükləri var. Amma biz özümüzə, oyunumuza və əldə edə biləcəyimiz nəticələrə tam inanırıq.”

Futbolçu həmçinin sabiq kapitan Patrik Viyeyradan aldığı mesajı da xatırladıb:

“O, xüsusi liderdir. Ondan mesaj almaq mənim üçün çox önəmlidir. İndi biz onların bacarmadığı bir şeyi reallaşdırmaq şansına sahibik.”

Qeyd edək ki, final matçı 30 mayda keçiriləcək və görüşü almaniyalı hakim Daniel Zibert idarə edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. “Arsenal” Çempionlar Liqasında indiyədək yalnız bir dəfə — 2006-cı ildə final oynayıb və “Barselona”ya 1:2 hesabı ilə məğlub olub.







Çempionlar liqası

“Qələbə istəyi bizi gücləndirir”
  • Çempionlar liqası
  • 23:46 29.05.2026
“Qələbə istəyi bizi gücləndirir”
“Bu kuboku qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:38 29.05.2026
“Bu kuboku qazanmaq istəyirik”
“Tarix yazmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:34 29.05.2026
“Tarix yazmaq istəyirik”
“Final futbol bayramı olmalıdır”
  • Çempionlar liqası
  • 21:33 29.05.2026
“Final futbol bayramı olmalıdır”
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”
  • Çempionlar liqası
  • 21:21 29.05.2026
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”
“Şənbə günü Avropa çempionu olacağıq”
  • Çempionlar liqası
  • 22:42 25.05.2026
“Şənbə günü Avropa çempionu olacağıq”