30 may 2026. Şənbə

“Qələbə istəyi bizi gücləndirir”


“Qələbə istəyi bizi gücləndirir”

PSJ-nin müdafiəçisi Markinyos Çempionlar Liqasının finalı öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, futbolçu bildirib ki, motivasiya komanda üçün əsas amillərdən biridir:

“Həmişə motivasiyalı olmaq vacibdir. Bu il biz bunu yenidən göstərdik. Bunlar həlledici məqamlardır. Qələbə qazandıqdan sonra həmin uğuru yenidən yaşamaq istəyi yaranır. Biz qələbəyə ac olmalıyıq.”

Markinyos əlavə edib ki, yüksək təzyiqə baxmayaraq hazırlıq prosesi dəyişmir:

“Emosiyalar eyni qalır, hətta bunu əvvəllər yaşamış olsan da. Bunlar ən çətin oyunlardır. Təzyiqlə necə mübarizə aparırıq? Heç nə dəyişməyib, əvvəlki kimi işləyirik.”

Qeyd edək ki, “Arsenal” klubu ilə final qarşılaşması 30 may axşamı Budapeştdə keçiriləcək.PSJ tarixində üçüncü dəfə, ardıcıl olaraq isə ikinci dəfə Çempionlar Liqasının finalında çıxış edəcək. Ötən mövsüm komanda finalda “İnter”i 5:0 hesabı ilə məğlub etmişdi.







Çempionlar liqası

“Qələbə istəyi bizi gücləndirir”
  • Çempionlar liqası
  • 23:46 29.05.2026
“Qələbə istəyi bizi gücləndirir”
“Bu kuboku qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:38 29.05.2026
“Bu kuboku qazanmaq istəyirik”
“Tarix yazmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:34 29.05.2026
“Tarix yazmaq istəyirik”
“Final futbol bayramı olmalıdır”
  • Çempionlar liqası
  • 21:33 29.05.2026
“Final futbol bayramı olmalıdır”
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”
  • Çempionlar liqası
  • 21:21 29.05.2026
“PSJ-yə qarşı cəsarətlə oynamalıyıq”
“Şənbə günü Avropa çempionu olacağıq”
  • Çempionlar liqası
  • 22:42 25.05.2026
“Şənbə günü Avropa çempionu olacağıq”