15 iyul 2026. Çərşənbə

PSJ Çempionlar Liqasının qalibi oldu


PSJ Çempionlar Liqasının qalibi oldu

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final oyununda Fransanın PSJ və İngiltərənin “Arsenal” klubları üz-üzə gəliblər.

90deqiqe.Az xəbər verir ki, Budapeştdə yerləşən “Puşkaş Arena”da keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə daha dəqiq oynayan PSJ 4:3 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

Oyunda hesabı 6-cı dəqiqədə “Arsenal”ın hücumçusu Kay Haverts açıb. Paris təmsilçisi isə 65-ci dəqiqədə Osman Dembelenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib.

Matçın taleyi penaltilər seriyasında həll olunub. Burada PSJ futbolçuları daha soyuqqanlı təsir bağışlayaraq kuboku başları üzərinə qaldırıblar.

 Xatırladaq ki, Paris klubu yarımfinalda Almaniyanın “Bavariya” komandasını iki oyunun nəticəsinə əsasən 6:5 hesabı ilə mübarizədən kənarlaşdırmışdı. “Arsenal” isə eyni mərhələdə İspaniyanın “Atletiko” klubunu 2:1 hesabı ilə üstələmişdi.







Çempionlar liqası

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
"TNS ilə oyuna tam hazırıq"
  • Çempionlar liqası
  • 20:28 06.07.2026
"TNS ilə oyuna tam hazırıq"
"Əlimizdən gələni edəcəyik"
  • Çempionlar liqası
  • 20:06 06.07.2026
"Əlimizdən gələni edəcəyik"
"Sabah" – TNS matçına 3000 bilet satıldı
  • Çempionlar liqası
  • 13:15 03.07.2026
"Sabah" – TNS matçına 3000 bilet satıldı