15 iyul 2026. Çərşənbə

Vitinya Çempionlar Liqasının finalının ən yaxşı futbolçusu seçildi


Vitinya Çempionlar Liqasının finalının ən yaxşı futbolçusu seçildi

PSJ-nin yarımmüdafiəçisi Vitinya UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final oyununda ən yaxşı futbolçu adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, Budapeştdəki “Puşkaş Arena”da keçirilən həlledici görüşdə Fransa təmsilçisi İngiltərənin “Arsenal” klubu ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə PSJ 4:3 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Vitinya oyuna start heyətində başlayıb və əlavə vaxtın 106-cı dəqiqəsində əvəzlənib. Portuqaliyalı yarımmüdafiəçi qarşılaşma ərzində ötürmələrinin 97 faizini dəqiq yerinə yetirib.

Qeyd edək ki, PSJ yarımfinal mərhələsində Almaniyanın “Bavariya” klubunu iki oyunun nəticəsinə əsasən 6:5 hesabı ilə üstələyib. “Arsenal” isə Madridin “Atletiko” komandasını iki oyunun yekununda 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.







Çempionlar liqası

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
"TNS ilə oyuna tam hazırıq"
  • Çempionlar liqası
  • 20:28 06.07.2026
"TNS ilə oyuna tam hazırıq"
"Əlimizdən gələni edəcəyik"
  • Çempionlar liqası
  • 20:06 06.07.2026
"Əlimizdən gələni edəcəyik"
"Sabah" – TNS matçına 3000 bilet satıldı
  • Çempionlar liqası
  • 13:15 03.07.2026
"Sabah" – TNS matçına 3000 bilet satıldı