26 sentyabr 2026. Şənbə

Xviça Kvaratsxeliya Çempionlar Liqasının ən yaxşı futbolçusu seçildi


Xviça Kvaratsxeliya Çempionlar Liqasının ən yaxşı futbolçusu seçildi

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının ötən mövsümünün ən yaxşı oyunçusu adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi hücumçu turnirdə 16 oyuna çıxaraq 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Onun komandası turnirin qalibi olub. Finalda PSJ İngiltərənin “Arsenal” klubunu məğlub edib.

Əsas vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Paris təmsilçisi daha dəqiq oynayaraq 4:3 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Fransa klubu ardıcıl ikinci mövsümdür Çempionlar Liqasının qalibi olur. 2025-ci ildə Luis Enrikenin komandası finalda İtaliyanın “İnter” klubuna 5:0 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu