26 sentyabr 2026. Şənbə

UEFA ÇL finalında Zibertin idarəçiliyini yüksək qiymətləndirdi


UEFA ÇL finalında Zibertin idarəçiliyini yüksək qiymətləndirdi

PSJ ilə “Arsenal” arasında keçirilən Çempionlar Liqasının final oyununu Almaniyadan olan hakim Daniel Zibert idarə edib.

90deqiqe.Az-ın “The Touchline"yə istinadən məlumatına görə, almaniyalı referi matçda inamlı və qətiyyətli qərarları ilə seçilib. Məsələn, o, fasilədən əvvəl London təmsilçisinin künc zərbəsini ləng hazırlıq səbəbindən yerinə yetirməsinə icazə verməyib.

UEFA Daniel Zibertin finaldakı idarəçiliyindən olduqca razıdır. Hakimə yaxın mənbələr bildirirlər ki, UEFA daxilində onun performansı Çempionlar Liqası finalları tarixində ən yaxşılardan biri kimi qiymətləndirilir.

Eyni zamanda qeyd olunur ki, FIFA 2026-cı il dünya çempionatının hakim siyahısına Daniel Zibertin daxil edilməməsinə təəccüblənib.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu