18 iyul 2026. Şənbə

“Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları sırasında


“Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları sırasında

“Qarabağ” klubunun futbolçuları UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə fərdi göstəriciləri ilə diqqət mərkəzinə düşüblər.

 90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki,  mövsümün sonunda açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatında Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski yüksək göstəricisi ilə seçilib.

Polşalı qolkiper turnir ərzində 45 seyvlə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü yeri tutub. O, yalnız Nikita Haykin (“Bude-Qlimt”, Norveç), Tibo Kurtua (“Real Madrid”, İspaniya) və Uğurcan Çakırdan (“Qalatasaray”, Türkiyə) geri qalıb.

Komandanın digər futbolçusu Abdullah Zubir də siyahıda ön pillələrdə yer alıb. Təcrübəli yarımmüdafiəçi meydanın rəqibə aid 1/3 hissəsində keçirilən mübarizələrdə 14 dəfə qalib gələrək göstəriciyə görə 2-ci yerə şərik çıxıb. O, yalnız PSJ-nin futbolçusu Vitinyadan geri qalıb.

Qeyd edək ki, “Qarabağ”ın futbolçuları bu göstəricilərlə Avropanın elit klublarının oyunçuları arasında da diqqət çəkiblər.







Çempionlar liqası

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
"TNS ilə oyuna tam hazırıq"
  • Çempionlar liqası
  • 20:28 06.07.2026
"TNS ilə oyuna tam hazırıq"
"Əlimizdən gələni edəcəyik"
  • Çempionlar liqası
  • 20:06 06.07.2026
"Əlimizdən gələni edəcəyik"
"Sabah" – TNS matçına 3000 bilet satıldı
  • Çempionlar liqası
  • 13:15 03.07.2026
"Sabah" – TNS matçına 3000 bilet satıldı