27 iyul 2026. Bazar ertəsi

Mundialdan kənarda qalan hakimə UEFA Superkubokunda təyinat verildi


Mundialdan kənarda qalan hakimə UEFA Superkubokunda təyinat verildi

FIFA referisi Omar Artan növbəti beynəlxalq təyinatını alıb.

90deqiqe.Az xəbər verir ki, dünya çempionatına təyinat alsa da, ABŞ-yə buraxılmadığı üçün mundialda iştirak edə bilməyən somalili baş hakim Omar Artan UEFA-dan yeni təyinat alıb.

Avropa futbol qurumunun qərarına əsasən, o, UEFA Superkuboku matçını idarə edəcək.

Həlledici qarşılaşmada Paris Saint-Germain ilə Aston Villa üz-üzə gələcək. Görüş avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək.

Qeyd edək ki, ABŞ immiqrasiya orqanlarının Omar Artanın ölkəyə girişinə qadağa qoymasının səbəbi açıqlanmayıb. Somali isə ABŞ tərəfindən tətbiq edilən səyahət məhdudiyyətləri siyahısına daxil olan ölkələrdən biridir.







Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"