25 sentyabr 2026. Cümə

“Sabah”ın ÇL-də potensial rəqibi müəyyənləşdi


“Sabah”ın ÇL-də potensial rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdə yeganə təmsilçisi “Sabah” klubunun da potensial rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan Bakı təmsilçisi I təsnifat mərhələsində Uelsin TNS klubunu məğlub edəcəyi halda, II raundda Şimali Makedoniyanın “Vardar” komandası ilə Finlandiyanın “KuPS” kollektivi arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 7-8-də, cavab görüşləri isə 14-15 iyulda baş tutacaq. II təsnifat mərhələsinin ilk matçları isə iyulun 17-də keçiriləcək.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu