21 avqust 2026. Cümə

"TNS ilə oyuna tam hazırıq"


"TNS ilə oyuna tam hazırıq"

"Sabah"ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasına qarşı keçiriləcək ilk oyuna tam hazır olduqlarını bildirib.

90deqiqe.Az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi bunu qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Velko Simiç komandanın hazırlıq prosesindən razı qaldığını vurğulayıb:

"Çox yaxşı təlim-məşq toplanışı keçdik. Hazırlıq müddətində üzərində işlədiyimiz bəzi ideyaları artıq oyunlarda həyata keçirmək istəyirik. Əsas diqqətimizi öz oyunumuza yönəltmişik və düşünürəm ki, sabahkı matça tam hazırıq".

Təcrübəli futbolçu TNS ilə görüşdə qalib gəlmək üçün əllərindən gələni edəcəklərini də qeyd edib:

"Yaxşı hazırlıq keçmişik. Plan üzrə hərəkət edəcəyik və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" – TNS görüşü iyulun 7-də saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. Cavab qarşılaşması isə iyulun 14-də Uelsdə baş tutacaq.







Çempionlar liqası

“Fənərbağça” “Lion”la heç-heçə etdi
  • Çempionlar liqası
  • 00:59 19.08.2026
“Fənərbağça” “Lion”la heç-heçə etdi
PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu