22 avqust 2026. Şənbə

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi


"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi

"Sabah" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinə inamlı qələbə ilə başlayıb.

90deqiqe.Az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv ilk oyunda Bakıda Uels çempionu TNS-i 2:0 hesabı ilə məğlub edib.

"Bank Respublika Arena"da keçirilən qarşılaşmada Azərbaycan təmsilçisinin qollarını Velko Simiç və Kahim Parris vurublar.

Görüşün son dəqiqələrində "Sabah" azlıqda qalıb. Belə ki, Stiv Solvet 90+2-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Matçın baş hakimi polşalı FIFA referisi Patrik Qritskeviç olub.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü bir həftə sonra Uelsin Ozuestri şəhərində keçiriləcək.







Çempionlar liqası

“Fənərbağça” “Lion”la heç-heçə etdi
  • Çempionlar liqası
  • 00:59 19.08.2026
“Fənərbağça” “Lion”la heç-heçə etdi
PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu