15 iyul 2026. Çərşənbə

"Sabah" Çempionlar Liqasında növbəti mərhələyə yüksəldi


"Sabah" Çempionlar Liqasında növbəti mərhələyə yüksəldi

"Sabah" UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsini uğurla adlayıb.

90deqiqe.Az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi Bakı təmsilçisi cavab oyununda səfərdə Uelsin TNS komandası ilə üz-üzə gəlib.

Görüş "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını 28-ci dəqiqədə Coy-Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurublar. Meydan sahiblərinin yeganə qoluna isə 89-cu dəqiqədə Coş Lok imza atıb.

Beləliklə, ilk oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan çempionu iki qarşılaşmanın yekununda növbəti mərhələyə vəsiqə qazanıb.

"Sabah" ikinci təsnifat mərhələsində Finlandiyanın KUPS klubu ilə qarşılaşacaq.







Çempionlar liqası

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
"TNS ilə oyuna tam hazırıq"
  • Çempionlar liqası
  • 20:28 06.07.2026
"TNS ilə oyuna tam hazırıq"
"Əlimizdən gələni edəcəyik"
  • Çempionlar liqası
  • 20:06 06.07.2026
"Əlimizdən gələni edəcəyik"
"Sabah" – TNS matçına 3000 bilet satıldı
  • Çempionlar liqası
  • 13:15 03.07.2026
"Sabah" – TNS matçına 3000 bilet satıldı