- Çempionlar liqası
- 11:19 17.07.2026
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün təyinat alıb.
90deqiqe.Az xəbər verir ki, o, Serbiyanın "Srvena Zvezda" və Şimali İrlandiyanın "Larn" komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.
Elçin Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.
Görüşün VAR hakimi Niderlanddan Kley Ruperti, AVAR hakimi isə Nicat İsmayıllı olacaq.
Qeyd edək ki, "Srvena Zvezda" – "Larn" oyunu iyulun 29-da Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.