11 avqust 2026. Çərşənbə axşamı

FIFA referisi Fəridə Lütfəliyeva 2 oyuna təyinat aldı


FIFA referisi Fəridə Lütfəliyeva 2 oyuna təyinat aldı

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

90deqiqe.Az-ın məlumatına görə, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında “Flora” (Estoniya) – “Mgar Yunayted” (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.

Fəridə Lütfəliyeva “Flora” – “Mgar Yunayted” qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın “Spartak Miyava” klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.

Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən “Spartak Miyava” stadionunda keçiriləcək.







Çempionlar liqası

"Sabah" Danimarkadan məğlubiyyətlə qayıdır
  • Çempionlar liqası
  • 23:13 05.08.2026
"Sabah" Danimarkadan məğlubiyyətlə qayıdır