- Çempionlar liqası
- 18:32 20.07.2026
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
90deqiqe.Az xəbər verir ki, II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə "Sabah" növbəti raundda Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.
Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv III təsnifat mərhələsinə yüksələcəyi halda ilk oyunu səfərdə keçirəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri avqustun 4-5-də, cavab qarşılaşmaları isə avqustun 11-də baş tutacaq.