- Çempionlar liqası
- 18:32 20.07.2026
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu II təsnifat mərhələsində Polşanın "Qurnik" komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda Avstriyanın "Şturm" və Şotlandiyanın "Harts" komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.
İstanbul təmsilçisi üçün mümkün rəqib UEFA-nın İsveçrənin Nyon şəhərində təşkil etdiyi püşkatma mərasimində müəyyənləşib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 4-5-də, cavab qarşılaşmaları isə avqustun 11-də keçiriləcək.