21 iyul 2026. Çərşənbə axşamı

"Azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirik"


"Azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirik"

"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın "KuPS" komandasını məğlub etmək üçün əlindən gələni edəcək.

90deqiqe.Az xəbər verir ki, bunu Bakı təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Litvalı mütəxəssis doğma meydanda azarkeşlərin dəstəyi ilə uğurlu nəticə qazanmaq istədiklərini vurğulayıb:

"Oyuna ən yaxşı şəkildə köklənməliyik. Azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, rəqibimiz də qonaqpərvərliyimizi hiss edəcək".

Baş məşqçi komandanın avrokuboklardakı hədəflərindən danışmağın hələ tez olduğunu bildirib:

"Növbəti mərhələlər barədə danışmaq üçün tezdir. Məşqçilər heyəti olaraq öz işimizi görməliyik. Kağız üzərində hansısa komanda digərindən üstün görünə bilər, amma hər şeyi meydanda sübut etmək lazımdır. Qarşıda bizi uzun yol gözləyir. İlk növbədə sabahkı oyuna köklənməliyik".

Dambrauskas komandanın hələ tam optimal formada olmadığını da etiraf edib:

"Bəlkə də 10-15 oyundan sonra optimal formamıza çatacağıq. Hər rəqib fərqlidir. Ən yaxşı heyəti seçmək, ən uyğun oyun planını hazırlamaq istəyirik. Futbolçuların verilən tapşırıqları maksimum səviyyədə yerinə yetirəcəyinə inanırıq. Rəqibin neçə oyun keçirməsi və hansı formada olması bizim üçün həlledici amil deyil".

Mütəxəssis heyətdəki rəqabəti də normal hal kimi qiymətləndirib və əsas heyətə ən hazır futbolçuların daxil ediləcəyini bildirib.

Qeyd edək ki, "Sabah" – "KuPS" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu iyulun 21-də "Bank Respublika Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.







Çempionlar liqası

"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi