- Çempionlar liqası
- 00:06 22.07.2026
"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın "KuPS" komandasını məğlub edib.
90deqiqe.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşma Bakı təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu ilk hissəyə əlavə olunmuş vaxtın birinci dəqiqəsində Velko Simiç vurub. Serbiyalı yarımmüdafiəçinin dəqiq zərbəsi "bayquşlar"a vacib üstünlük qazandırıb.
Beləliklə, Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv cavab oyunu öncəsi üstünlüyü ələ keçirib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.