5 sentyabr 2026. Şənbə

"Fənərbağça"nın taleyini Taliska həll etdi


"Fənərbağça"nın taleyini Taliska həll etdi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Türkiyənin "Fənərbağça" klubu doğma meydanda Polşa təmsilçisi "Qornik Zabrje"ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin keçən qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 37-ci dəqiqədə Anderson Taliska vurub.

Tərəflər arasında cavab görüşü iyulun 29-da Polşada keçiriləcək.

Qeyd edək ki, "Fənərbağça" bu mərhələni uğurla adlayacağı təqdirdə III təsnifat mərhələsində Avstriyanın "Şturm" və Şotlandiyanın "Harts" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.







Çempionlar liqası