28 iyul 2026. Çərşənbə axşamı

"Sabah" KuPS-u mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasında III mərhələyə yüksəldi


"Sabah" KuPS-u mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasında III mərhələyə yüksəldi

Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasında növbəti uğuruna imza ataraq III təsnifat mərhələsinə yüksəlib.

90deqiqe.Az  xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda II təsnifat mərhələsinin cavab oyununda səfərdə Finlandiya çempionu KuPS-u 2:0 hesabı ilə məğlub edib.

Kuopio Mərkəzi Stadionunda keçirilən qarşılaşmada Bakı təmsilçisinin qollarını Velko Simiç və Coy Lens Mikels vurublar.

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk görüş də "Sabah"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən (3:0) rəqibini mübarizədən kənarlaşdıran Azərbaycan çempionu adını UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yazdırıb.

Bu nəticə ilə "Sabah" eyni zamanda minimum UEFA Konfrans Liqasının əsas mərhələsində iştirak hüququnu da təmin edib.

Bakı klubu növbəti mərhələdə Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasında keçirilən cütün qalibi ilə üz-üzə gələcək.







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"