13 sentyabr 2026. Bazar günü

"Fənərbağça" Çempionlar Liqasında növbəti mərhələyə yüksəldi


"Fənərbağça" Çempionlar Liqasında növbəti mərhələyə yüksəldi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Fənərbağça" səfərdə Polşa təmsilçisi "Qornik Zabje" ilə 1:1 hesablı heç-heçə edib.

90deqiqe.Az-ın məlumatına görə, Zabje Arenada keçirilən qarşılaşmada hesabı İstanbul təmsilçisi açıb. Matçın 12-ci dəqiqəsində Anderson Taliska penaltidən dəqiq zərbə ilə komandasını önə keçirib.

Meydan sahibləri isə ilk hissəyə əlavə olunmuş vaxtın 10-cu dəqiqəsində Satsekin qolu ilə hesabı bərabərləşdiriblər.

Görüş 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Fənərbağça" iki oyunun nəticəsinə əsasən 2:1 hesabı ilə üstünlük əldə edərək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Türkiyə təmsilçisi növbəti mərhələdə Avstriyanın "Şturm Qrats" klubu ilə qarşılaşacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
  • Çempionlar liqası
  • 22:48 10.09.2026
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
“İkinci hissədə pis oynadıq”
  • Çempionlar liqası
  • 02:43 10.09.2026
“İkinci hissədə pis oynadıq”