- Çempionlar liqası
- 00:22 30.07.2026
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Rumıniyanın "Universitatya" (Krayova) klubu doğma meydanda Bolqarıstanın "Levski" komandası ilə 2:2 hesablı heç-heçə edib.
Qonaqlar matça uğurlu başlayaraq 16-cı dəqiqəyədək Everton Bala və Aldairin qolları ilə iki top fərqi ilə önə keçiblər. Lakin meydan sahibləri fasiləyədək fərqi azaldıblar. İlk hissənin sonlarında Nikuşor Banku fərqlənib.
İkinci hissənin əvvəlində isə Adrian Rus hesabı bərabərləşdirsə də, Rumıniya təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün lazım olan qolu vura bilməyib. Beləliklə, iki oyunun nəticəsinə əsasən "Levski" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Günün digər oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubu doğma meydanda İslandiyanın "Vikinqur" (Reykyavik) komandasına 2:0 hesabı ilə qalib gəlib.
İki oyunun nəticəsinə əsasən üstün olan "Hapoel" də Çempionlar Liqasının növbəti təsnifat mərhələsinə yüksələn tərəf olub.