14 sentyabr 2026. Bazar ertəsi

"Sabah" – "Orhus" oyununa dünya çempionatında işləmiş hakim təyinat aldı


"Sabah" – "Orhus" oyununa dünya çempionatında işləmiş hakim təyinat aldı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Sabah" – "Orhus" (Danimarka) qarşılaşmasının hakim təyinatları açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Juan Pineyru olacaq. Ona yan xətt hakimləri Lusiano Maria və Hüqo Markes kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fabio Verissimo yerinə yetirəcək.

VAR otağında Tyaqu Martins, AVAR hakimi kimi isə Andre Narkiso çalışacaq.

Qeyd edək ki, baş hakim Juan Pineyru ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında üç qarşılaşmanı idarə edib.

Xatırladaq ki, komandalar arasında ilk oyun avqustun 5-də Danimarkada, cavab görüşü isə avqustun 11-də Bakıda keçiriləcək.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
  • Çempionlar liqası
  • 22:48 10.09.2026
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
“İkinci hissədə pis oynadıq”
  • Çempionlar liqası
  • 02:43 10.09.2026
“İkinci hissədə pis oynadıq”