19 aprel 2026. Bazar günü

Fransa klubunda yeni baş məşqçi


Fransa klubunda yeni baş məşqçi
Fransanın “Tuluza” klubunun yeni baş məşqçisi bəlli olub.

Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisinin rəhbərliyi bu postu Antuan Kombuareyə həvalə edib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssis ilə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.Kombuare baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilən Alen Kazanovu əvəz edib. 
 
Qeyd edək ki, “Tuluza” Liqa 1-də geridə qalan 9 turdan sonra 9 xalla 18-ci pillədə qərarlaşıb.






Çempionlar liqası