17 dekabr 2025. Çərşənbə

UEFA ÇL-in finalını İstanbuldan ala bilər


UEFA ÇL-in finalını İstanbuldan ala bilər

Türkiyənin İstanbul şəhəri Çempionlar Liqasının final oyununa ev sahibliyi hüququnu itirə bilər.

Corner.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, bu barədə UEFA-nın vitse-prezidenti Mişel Uva açıqlayıb. O bildirib ki, 2019/20 mövsümünün final oyununun yerinin dəyişdirilməsi ilə bağlı çağırışlar müzakirə olunacaq.

Türkiyənin Suriya YPG/PKK terrorçularına qarşı başladığı hərbi əməliyyatlardan sonra bəzi mütəxəssislər finalın İstanbulda keçirilməsinə qarşı çıxıblar. Türkiyə yığmasının futbolçularının seçmə mərhələnin son oyunları zamanı qol sevincini əsgər salamı ilə qeyd etməsi də narazıların sayını artırıb: “Biz məsələyə idmanın müstəqilliyi baxımından yanaşıb, öz səlahiyyətlərimiz çərçivəsində baxacağıq. Əlbəttə, biz BMT, Avropa Şurası və ya ABŞ, diplomat və siyasətçiləri əvəz edə bilmərik. UEFA-nın qərarı təşkilat rəhbərliyi və prezidentlə məsləhətləşmədən sonra qəbul olunacaq”.

Xatırladaq ki, Çempionlar Liqasının finalının 2020-ci il mayın 30-da Atatürk Olimpiya Stadionunda keçiriləcəyi açıqlanıb.(qol)







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi