- Çempionlar liqası
- 23:26 04.08.2026
UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında tətbiq olunan intizam qaydalarına dəyişiklik edib.
90deqiqe.Az-ın məlumatına görə, yeni qərara əsasən, turnirlərin əsas mərhələsində çıxış edən futbolçular artıq üç deyil, dörd sarı vərəqə aldıqdan sonra avtomatik olaraq bir oyunluq cəzalanacaqlar.
İlk diskvalifikasiyadan sonra isə əvvəlki qayda qüvvədə qalacaq. Belə ki, futbolçular altıncı, səkkizinci, onuncu və hər növbəti iki sarı vərəqədən sonra yenidən bir oyunluq cəza alacaqlar.
UEFA bu dəyişikliyi avrokubokların yeni formatı ilə əlaqələndirib. Qurumun açıqlamasına görə, əsas mərhələdə oyunların sayının artırılması əvvəlki limiti aktual etmirdi və futbolçuların sarı vərəqələrin sayına görə oyun buraxmaq ehtimalını əhəmiyyətli dərəcədə yüksəldirdi.
Qeyd edək ki, yeni intizam qaydaları cari mövsümdən etibarən qüvvəyə minəcək.