- Çempionlar liqası
- 00:45 05.08.2026
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçirilən ilk oyunda İsveçin "Myellby" klubu doğma meydanda Bratislava "Slovan"ını qəbul edib.
90deqiqe.Az xəbər verir ki, qarşılaşmada qonaqlar qələbə qazanıblar.
Görüşün ilk yarısında azarkeşlər qol izləyə bilməyiblər. Komandalar hücumda fəal olsalar da, hesabı açmaq mümkün olmayıb.
İkinci hissədə isə vəziyyət dəyişib. 61-ci dəqiqədə meydan sahibləri hesabı açıblar. "Myellby"nin heyətində Elliot Straud fərqlənib.
79-cu dəqiqədə Bratislava təmsilçisi tarazlığı bərpa edib. Nikolay Kuxareviçin məhsuldar ötürməsindən sonra Süleyman Kamara topu qapıdan keçirib.
Lakin "Slovan" qarşılaşmanın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə qələbə qolunu vurmağa nail olub.
Cavab görüşü bir həftə sonra keçiriləcək.