- Çempionlar liqası
- 00:02 06.08.2026
Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Danimarkada "Orhus"un qonağı olub.
90deqiqe.Az-ın məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Danimarka klubunun heyətində Ceyms Boqere 31 və 63-cü dəqiqələrdə fərqlənərək komandasına üstünlük qazandırıb. "Sabah"ın yeganə qolunu isə 66-cı dəqiqədə Velko Simiç vurub.
Beləliklə, "bayquşlar" Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyunu öncəsi minimal hesablı məğlubiyyətlə üzləşiblər.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 11-də saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək.