16 sentyabr 2026. Çərşənbə

UEFA "Sabah" - "Orhus" oyununun hakimlərini dəyişdi


UEFA "Sabah" - "Orhus" oyununun hakimlərini dəyişdi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Sabah" – "Orhus" cavab qarşılaşmasının hakimlər briqadasında dəyişiklik edib.

90deqiqe.Az-ın məlumatına görə, qitə futbol qurumu daha əvvəl matça portuqaliyalı referi Juan Pineyrunun rəhbərlik etdiyi hakimlər briqadasını təyin etsə də, sonradan bu qərarı dəyişib.

Bakıda keçiriləcək oyunu Fransadan olan Villi Delajo idarə edəcək. Ona yan xətt hakimləri Ervan Fenjan və Valentin Evrard kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Erik Vattellye yerinə yetirəcək.

VAR hakimi kimi Bastyen Deşepi, onun köməkçisi (AVAR) isə Nikolya Renvil təyinat alıb.

Qeyd edək ki, "Sabah" – "Orhus" arasında cavab görüşü avqustun 11-də saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. Komandalar arasında Danimarkada baş tutan ilk qarşılaşmada meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
  • Çempionlar liqası
  • 22:48 10.09.2026
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi