- Çempionlar liqası
- 18:49 10.08.2026
“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubuna qarşı keçirəcəyi cavab oyununa ciddi hazırlaşıb.
90deqiqe.Az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu İvan Lepinitsa Bakıda keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Xorvatiyalı yarımmüdafiəçi ilk oyunda yaxşı çıxış etdiklərini və rəqibin imkanlarını maksimum dəyərləndirdiyini bildirib:
“İlk matçda çox yaxşı çıxış etdik. Rəqibin cəmi iki real qol imkanı oldu və hər ikisini qola çevirdi. Cavab görüşünə çox ciddi hazırlaşmışıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Komandamıza inanıram və ümid edirəm ki, növbəti mərhələyə keçən tərəf biz olacağıq”.
Qeyd edək ki, “Sabah” – “Orhus” qarşılaşması avqustun 11-də saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. Komandalar arasında Danimarkada baş tutan ilk oyunda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Bu cütün qalibi Çempionlar Liqasının pley-off mərhələsində “Srvena Zvezda” (Serbiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub komanda isə Avropa Liqasının pley-off mərhələsində “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.