- Çempionlar liqası
- 00:11 12.08.2026
PSJ UEFA Superkuboku uğrunda İngiltərənin “Aston Villa” klubuna qarşı keçirəcəyi oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Fransa təmsilçisinin siyahısında 24 futbolçunun adı yer alıb.
Qapıçılar: Alessandro Lonqoni, Luka Şevalye, Matvey Safonov.
Müdafiəçilər: Əşrəf Hakimi, Lukas Beraldo, Markinyos (kapitan), İlya Zabarnı, Luka Din, Luka Ernandes, Nunu Mendeş, Villian Paço.
Yarımmüdafiəçilər: Fabian Ruis, Manyes Akliuş, Vitinya, Senni Meyulyu, Dro Fernandes, Varren Zair-Emeri, Joau Neveş.
Hücumçular: Xviça Kvaratsxeliya, Usman Dembele, Dezire Due, Bredli Barkolya, Kenten Ncantu, İbrahim Mbaye.
PSJ tarixində üçüncü dəfə UEFA Superkubokunun qalibi olmaq uğrunda mübarizə aparacaq. Paris klubu 1996-cı ildə “Yuventus”a iki oyunun nəticəsinə əsasən uduzub. Fransa təmsilçisi ötən il isə Superkuboku qazanıb. PSJ əsas vaxtı 2:2 hesabı ilə başa çatan görüşdə İngiltərənin “Tottenhem” klubunu penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.
“Aston Villa” isə UEFA Superkubokunu 1982-ci ildə qazanıb. İngiltərə klubu həmin vaxt “Barselona”nı iki oyunun nəticəsinə əsasən məğlub edərək titulun sahibi olub.
Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının, “Aston Villa” isə UEFA Avropa Liqasının son qalibidir.
UEFA Superkuboku uğrunda PSJ – “Aston Villa” qarşılaşması avqustun 12-də Avstriyanın Zalsburq şəhərindəki “Red Bull Arena”da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.