26 sentyabr 2026. Şənbə

“Sabah” Danimarka klubunu darmadağın edib pley-offa yüksəldi


“Sabah” Danimarka klubunu darmadağın edib pley-offa yüksəldi

“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu mübarizədən kənarlaşdırıb.

90deqiqe.Az-ın məlumatına görə, Masazırdakı “Bank Respublika Arena”da keçirilən cavab qarşılaşmasında Azərbaycan çempionu rəqibini 4:0 hesabı ilə məğlub edib.

“Sabah”ın qollarını Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (78) və Xander Severina (89) vurublar.

İlk oyunda 1:2 hesabı ilə məğlub olan “bayquşlar” cavab görüşündə inamlı qələbə qazanaraq mərhələ adlayıblar.

Bununla da “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Azərbaycan çempionunun növbəti mərhələdəki rəqibi “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi olacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu