26 sentyabr 2026. Şənbə

“Srvena Zvezda” Çempionlar Liqasından kənarda qaldı


“Srvena Zvezda” Çempionlar Liqasından kənarda qaldı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin pley-off raundunda “Srvena Zvezda” İsrailin “Hapoel” (Beer-Şeva) klubunu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, ilk görüşdə İsrail təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyindən Serbiya klubu doğma meydanda mütləq qələbə qazanmalı idi. Lakin “Srvena Zvezda” ilk hissədə hücumda ciddi təhlükə yarada bilməyib.

Matçın 61-ci dəqiqəsində qonaqlar hesabı açıblar. İqor Zlatanoviç “Hapoel”i önə keçirib.

“Srvena Zvezda” bundan sonra fərqi azaltmağa çalışsa da, istəyinə nail ola bilməyib. Əksinə, 79-cu dəqiqədə Ceyvon İst qonaqların ikinci qolunu vuraraq oyunda son nöqtəni qoyub.

Qarşılaşma “Hapoel”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, iki oyunun nəticəsinə əsasən 3:0 hesabı ilə qalib gələn “Hapoel” (Beer-Şeva) Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni davam etdirib. “Srvena Zvezda” isə turnirlə vidalaşıb.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu