- Çempionlar liqası
- 00:59 12.08.2026
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Slovakiyanın “Slovan” klubu doğma meydanda İsveçin “Möyellbü” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Slovan”ın heyətində Süleyman Kamara və Alasana Cirajanq fərqləniblər. İki oyunun nəticəsinə əsasən Slovakiya təmsilçisi növbəti mərhələyə yüksəlib.
Digər qarşılaşmada Sloveniyanın “Çelye” klubu “Ararat-Ermənistan”ı sınağa çəkib. Sloveniya çempionu rəqibini 2:0 hesabı ilə məğlub edib.
Meydan sahiblərinin qollarını görüşün sonlarına yaxın Yaya Dukuli və Bencamin Verbic vurublar.
Beləliklə, “Çelye” Çempionlar Liqasında mübarizəni davam etdirib, “Ararat-Ermənistan” isə turnirlə vidalaşıb.