26 sentyabr 2026. Şənbə

"Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub


"Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub

UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən "Sabah" klubunun pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan çempionu növbəti raundda İsrail təmsilçisi "Hapoel" (Ber-Şeva) komandası ilə üz-üzə gələcək.

İsrail klubu III təsnifat mərhələsində Serbiyanın "Srvena Zvezda" kollektivini mübarizədən kənarlaşdıraraq pley-offa yüksəlib. "Hapoel" rəqibini hər iki görüşdə məğlub edib – 1:0 və 2:0.

Qeyd edək ki, "Sabah" pley-off mərhələsində ilk oyununu avqustun 19-da səfərdə keçirəcək. Tərəflər arasında cavab qarşılaşması isə avqustun 25-də Bakıda baş tutacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu