13 sentyabr 2026. Bazar günü

“Srvena Zvezda” baş məşqçisi Dejan Stankoviçlə yollarını ayırdı


“Srvena Zvezda” baş məşqçisi Dejan Stankoviçlə yollarını ayırdı

“Srvena Zvezda” komandanın Çempionlar Liqasından mübarizəni dayandırmasından sonra baş məşqçi Dejan Stankoviçlə yollarını ayırmaq qərarına gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Belqrad təmsilçisi 47 yaşlı mütəxəssisi turnirin III təsnifat mərhələsinin “Hapoel” (Beer-Şeva) ilə cavab oyunundan sonra istefaya göndərib.

“Srvena Zvezda” doğma meydanda keçirilən qarşılaşmada İsrail klubuna 0:2 hesabı ilə məğlub olub və Çempionlar Liqasında mübarizəni dayandırıb. Komandalar arasında ilk görüşdə də “Hapoel” 1:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Dejan Stankoviç cavab matçında qırmızı vərəqə alıb. Baş məşqçi daha sonra öz azarkeşləri ilə mübahisə edib. Tərəfdarlar komandanın uğursuz çıxışından narazı qalaraq Stankoviçə qarşı fit səsləndiriblər.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
  • Çempionlar liqası
  • 22:48 10.09.2026
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
“İkinci hissədə pis oynadıq”
  • Çempionlar liqası
  • 02:43 10.09.2026
“İkinci hissədə pis oynadıq”