13 sentyabr 2026. Bazar günü

“Sabah” – “Hapoel” oyunlarının vaxtı və yeri açıqlanıb


“Sabah” – “Hapoel” oyunlarının vaxtı və yeri açıqlanıb

Azərbaycan çempionu “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) klubu arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək oyunların vaxtı və məkanı müəyyənləşib.

90deqiqe.Az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar ilk matçda avqustun 19-da üz-üzə gələcəklər. Qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdə yerləşən “Culeşti” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Cavab görüşü isə avqustun 25-də Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək.

Qeyd edək ki, iki oyunun yekununda qalib gələn komanda Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
  • Çempionlar liqası
  • 22:48 10.09.2026
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
“İkinci hissədə pis oynadıq”
  • Çempionlar liqası
  • 02:43 10.09.2026
“İkinci hissədə pis oynadıq”