- Çempionlar liqası
- 23:27 12.08.2026
"ESPN" Avropanın ən yaxşı klub məşqçilərinin yeni reytinqini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, siyahıda 30 mütəxəssisin adı yer alıb.
Reytinqə PSJ-nin baş məşqçisi Luis Enrike başçılıq edib. İspaniyalı mütəxəssisin rəhbərliyi altında Paris klubu ötən mövsüm UEFA Çempionlar Liqasını yenidən qazanıb və Fransa çempionu olub.
İkinci pillədə “Mançester Siti”də uzunmüddətli fəaliyyətini başa vuran Pep Qvardiola qərarlaşıb. Onun komandası Premyer Liqada ikinci olub, həmçinin İngiltərədə iki kubok turnirində qalib gəlib.
İlk üçlüyü “Arsenal”ı 22 ildən sonra İngiltərə çempionluğuna daşıyan Mikel Arteta tamamlayıb.
İlk onluqda, həmçinin Hans-Diter Flik (“Barselona”), Unai Emeri (“Aston Villa”), Can Pyero Qasperini (“Roma”), Xabi Alonso (“Çelsi”), Arne Slot (klubsuz), Vensan Kompani (“Bavariya”) və Kristian Kivu (“İnter”) yer alıblar.
Qeyd edək ki, “Real”a qayıdan Joze Mourinyo reytinqdə yalnız 24-cü pillədə qərarlaşıb.