16 sentyabr 2026. Çərşənbə

PSJ UEFA Super Kubokunun qalibi oldu


PSJ UEFA Super Kubokunun qalibi oldu

UEFA Super Kubokunda PSJ ilə “Aston Villa” arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Zalsburqdakı “Red Bull Arena”da keçirilən görüş PSJ-nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 20-ci dəqiqədə PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya açıb. “Aston Villa” 45-ci dəqiqədə Brayan Madjonun qolu ilə hesabı bərabərləşdirib. Paris təmsilçisinin hücumçusu Desiré Due 61-ci dəqiqədə komandasını yenidən önə keçirib və yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olub. Paris klubu finalda “Arsenal”ı əsas vaxtda 1:1 hesabı ilə başa çatan görüşdən sonra penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.

“Aston Villa” isə UEFA Avropa Liqasının qalibi olub. İngiltərə təmsilçisi finalda “Frayburq”u 3:0 hesabı ilə məğlub edib.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
  • Çempionlar liqası
  • 22:48 10.09.2026
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi