16 sentyabr 2026. Çərşənbə

Luis Enrike Ser Aleks Ferqyuson və Covanni Trapattoniyə çatdı


Luis Enrike Ser Aleks Ferqyuson və Covanni Trapattoniyə çatdı

PSJ ardıcıl ikinci dəfə UEFA Super Kubokunun qalibi olub.

90deqiqe.Az xəbər verir ki, ötən mövsüm “Tottenhem”i penaltilər seriyasında məğlub edən (2:2, penaltilər – 4:3) Paris təmsilçisi bu dəfə digər İngiltərə Premyer Liqası klubunu – “Aston Villa”nı 2:1 hesabı ilə üstələyib.

Bu qələbə PSJ-nin baş məşqçisi Luis Enrikenin Avropada qazandığı 6-cı məşqçi tituludur.

İspaniyalı mütəxəssis bu göstəriciyə görə əfsanəvi Ser Aleks Ferqyuson və Covanni Trapattoniyə çatıb.

Avropa miqyaslı titulların sayına görə Luis Enrikeni yalnız iki məşqçi qabaqlayır. Xosep Qvardiola 7, Karlo Ançelotti isə 10 belə titul qazanıb.

Bu statistikaya sosial şəbəkədə “Mister Çip” kimi tanınan jurnalist Aleksis Martin-Tamayo diqqət çəkib.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
  • Çempionlar liqası
  • 22:48 10.09.2026
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi